BİZNES

20 Avqust

Dongfeng, Honda ilə mühərrik birgə müəssisəsindəki 50% payını satışa çıxarır

Finss.az – Çin avtomobil istehsalçısı Dongfeng Motor Group Co. Yaponiyanın Honda Motor Co. ilə qurduğu birgə müəssisədəki 50%-lik payını satışa çıxarıb.

Söhbət 1998-ci ildə yaradılan və Çində satılan Honda avtomobilləri üçün benzin mühərrikləri istehsal edən Dongfeng Honda Engine Co.-dan gedir.

Şirkətin açıqlamasına görə, pay Guangdong United Assets and Equity Exchange birjasında satışa təqdim olunub. Satış qiyməti hələ müəyyən edilməyib.